Bakı. Trend:
Ötən gecə Bakının Nəsimi rayonu ərazisində ağır yol-nəqliyyathadisəsi baş verib.
Trend xəbər verir ki, yüksək sürətlə hərəkət edən iki avtomobilsürücülərin idarəetməsindən çıxaraq, qəza törədib.
Sözügedən avtomobillər yol kənarındakı digər avtomobilləri əzib.Nəticədə 9 avtomobilə ciddi ziyan dəyib.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Trend-əbildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb.
"Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudovküçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvariyol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfərxəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsininsürət yarışına çıxması göstərilir. Faktla bağlı Nəsimi Rayon Polisİdarəsində araşdırma aparılır”, - deyə bildirilib.