RU

Azərbaycanlı müdafiəçi bu qisməti yaşadı - VİDEO

Bolqarıstan çempionatında 31-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan Azərbaycanın U-21 millisinin müdafiəçisi Cəlal Hüseynovun da formasını geyindiyi “Arda” səfərdə “ÇSKA 1948 Sofia”nın qonağı olub.

Cəlal Hüseynov meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. “Arda” Çinonso Offorun qolu ilə fasiləyə üstün yollansa da, ikinci hissədə qələbəni əldən verib.

Bu nəticədən sonra Cəlalın komandası 40 xalla Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan 4 kollektiv arasında üçüncüdür.

ÇSKA 1948 Sofia” və “Botev” 44 xalla ilk iki yeri bölüşdürürlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
sportinfo.az

1Источники