İtaliya A seriyasında 34-cü tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son matçında “Cenoa” öz meydanında “Kalyari”ni qəbul edib. Görüş meydan sahiblərinin qalibiyyəti ilə başa çatıb.
“Cenoa” - “Kalyari” - 3:0
Qollar: Morten Torsbyu, 17, Morten Frendrup, 27, Albert Qudmundsson, 63
Bu qələbə sayəsində xallarının sayını 42-ə çatdıran “Cenoa” turnir cədvəlində 12-cidir. Əvvəlki kimi 32 xalda qalan “Kalyari” isə 14-cü pillədə qərarlaşıb.