RU

İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb


İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadla bildirir ki, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
90
4
news24.az

10Источники