“Çempionuğun taleyi həll olunub, bundan sonra edə biləcəyimiz mövsümü ikinci pillədə başa vurmaqdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Yuri Matias deyib.
Braziliyalı legioner “Neftçi” mövsümü hansı pillədə başa vurmalıdır ki, uğur sayılsın” sualına cavabında bunları söyləyib:
“Hər şey öz əlimizdədir. Qarşılaşacağımız komandalar əsas rəqiblərimizdir.
Həmin matçları qələbəylə başa vursaq, ikinci yer bizim olacaq. Mən buna çox inanıram.
İndi daha inamlı olmalıyıq. Azarkeşlərimizin etibarını yenidən qazanmalıyıq”.