RU

Neftçalada minik və yük avtomobilləri toqquşdu

Neftçalada minik və yük avtomobilləri toqquşub.Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib."112" qaynar telefon xəttinə Neftçala rayonunun Həsənabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ZİL" markalı yük avtomobili ilə "Lada" markalı minik avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
144
17
olaylar.az

10Источники