RU

Yens Stoltenberq: “Ukraynanın yeri NATO-dadır, lakin…”

“Ukrayna NATO-ya daxil olmaq yolundadır. Amma iyulun 9-11-də keçiriləcək sammitə qədər alyans ölkələri Ukraynanı NATO-ya dəvət etmək barədə razılığa gələ bilməyəcək”.

Bizim.Media xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə Prezident Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

Stoltenberq qeyd edib ki, Ukraynanın yeri NATO-dadır: “Bizə konsensus lazımdır, NATO-nun 32 üzvünün razılığa gəlməsi lazımdır.
İyulda keçiriləcək sammitə qədər bu razılaşmaya nail olunacağına ümid edirəm, amma biz Ukraynanı NATO-ya yaxınlaşdırdığımızı nümayiş etdirəcəyik.

Ukraynanın NATO-ya üzv olması sadəcə zaman məsələsidir. Biz bunun üzərində çox çalışırıq. Ukraynanın yeri NATO-dadır”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
40
bizim.media

10Источники