"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix hazırda Avropanın ən yaxşı iki futbolçusunun adını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, o, Vinisius və Mbappenin adını çəkib:
"Hazırda Avropanın ən yaxşı iki futbolçusu "Real"ın futbolçusu Vinisius və PSJ-nin üzvü Kilian Mbappedir. Sevinirəm ki, Vinisiusa qarşı oynamaq imkanı əldə edəcəm".
"Bavariya" sabah UEFA Çempionlar Liqasının 1/2 final mərhələsi çərçivəsində "Real"ı qəbul edəcək. Matç 23:00-da başlayacaq.