Azərbaycan Premyer Liqası 32-cu turu çərçivəsində “Turan Tovuz” səfərdə “Neftçi”nin qonağı olub. Görüş “ağ-qaralar”ın qələbəsi ilə başa çatıb – 3:0.
Qarşılaşmada ikinci yarısında görüşdə insident yaranıb. Belə ki, matçın baş hakimi Rəvan Həmzəzadənin qərarları qonaqları özündən çıxarıb.
Referinin qarşlaşmanın 63-cü dəqiqəsində Bruno Qonçalvesə birbaşa qırmızı vərəqə verməsi Tovuz tərəfdarlarını razı salmayıb.
Onlar ədalət təmsilçisinə sərt təpki göstərib. Qəzəbli azarkeşlər hətta futbolçuların da meydanı tərk etməsini tələb edib.
İdmanxeber.az