Aprelin 30-u saat 16:00-da Bakı İdman Sarayında "Raquf Orucov Kuboku" beynəlxalq cüdo turniri keçiriləcək.
Musavat.com xəbər verir ki, 5-ci yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə baş tutacaq.
Baş mükafat uğrunda Azərbaycan, Türkiyə, Rusiya, Türkmənistan, Gürcüstan və Macarıstanın ümumilikdə 14 komandası mübarizə aparacaq.
Yarış İdman TV-nin efirində canlı yayımlanacaq.
Musavat.com