RU

Gürcüstan Milli Bankı I rübdə valyuta bazarından 214 milyon dollar alıb

Bu ilin I rübündə Gürcüstan Milli Bankının valyuta bazarına müdaxiləsi alışyönlü olub - 213,8 milyon ABŞ dolları təşkil edib.

Gürcüstan Milli Bankı ilk dəfə beynəlxalq ehtiyatlarına monetar qızıl əlavə edib

FED.az xəbər verir ki, bunun 9 milyon ABŞ dolları yanvar, 77 milyon ABŞ dolları fevral, 127,8 milyon ABŞ dolları isə mart ayının payına düşüb.

Ötən il isə tənzimləyici qurum milli valyutanın (lari) məzənnəsini sabitləşdirmək - onun həddindən çox bahalaşmasının qarşısını almaq üçün valyuta bazarından 1,47 milyard dollar alıb, əvəzində 195 milyon dollar satıb. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
fed.az

1Источники