RU

Amerikalılar Çindəki zavodda işləyə bilmədi – MƏDƏNİYYƏTLƏR QARŞIDURMASI

Çinin TSMC şirkətinin ABŞ-nin Arizona ştatında tikdiyi avtomobil elektronikası zavodunda iş ləng gedir.  

Avtosfer.az xəbər verir ki, bunun səbəbi şirkətin Çindəki fəaliyyətini araşdıran amerikalı mühəndislərin çaşqın vəziyyətə düşməsidir. 12 saatlıq, bazar və bayram günləri olmadan iş, rəhbərlərin tabeliliklərində olanlara qışqırması, hansısa işçinin qeyri-iş vaxtlarında işə çağırılması amerikalı mühəndisləri şoka salıb. 
Bundan əlavə, məlum olub ki, menecerlərlə təlim keçilsə də, onlar nəzakətli davrana bilməyiblər. Hətta bəzi menecerlər rəhbərliyə xoş gəlsin deyə nəticələri saxtalaşdırıblar (sovetin məşhur pripiskası). 
Buna görə də, təcrübə üçün gələn amerikalı mühəndislərin çoxu vaxtından əvvəl geri qayıdıb. Məsələ ictimailəşdikdə isə Arizonada tikiləcək zavoda CV göndərənlər müsahibəyə gəlməkdən imtina ediblər.

VÜQAR 

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
avtosfer.az

1Источники