Aprelin 29-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan ədəbiyyatındakı ədəbi əlaqələr” mövzusunda elmi konfrans işə başlayıb. SİA xəbər verir ki, konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan ilə Pakistan arasındakı dostluq əlaqələrindən danışıb. O, Azərbaycan klassiklərinin həyat və yaradıcılığının bu gün Pakistanda dərindən öyrənildiyini və bu istiqamətdə çox işlər görüldüyünü söyləyib.
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта