RU

Avrokubok yarışı - iki komanda kənarda qaldı

Azərbaycan Premyer Liqasında XXXII tur davam edir. Son görüş bu gün keçiriləcək. “Zirə” azarkeşləri önündə “Araz-Naxçıvan”ı qəbul edəcək.

Premyer Liqada 32 turun başa çatan görüşlərindən sonra avrokubok zonası üzrə yarışlardan demək olar, iki komanda geri düşdü. “Səbail” və “Turan Tovuz”.

“Səbail” bu turda səfərdə “Sabah”a məğlub oldu. Komanda artıq 42 xalla 6-cı sıradadır və 5-ci “Sabah”dan 7 xal geri qalır. Şahin Diniyevin komandasının bundan sonrakı görüşlərdə ardıcıl qələbələrlə yuxarılara yüksəlməyi çətin görünür. Mövsümün əvvəlində inamlı çıxış edən, turnir cədvəlində “üçlük”də yerini tutan “Səbail” qış fasiləsindən sonra ciddi enişə başladı və indi komandanın durumu ürəkaçan deyil. Bu büdcə, şəraitlə “altılığı” tamamlamaq uğur sayıla bilməz.

“Turan Tovuz” isə ardıcıl məğlubiyyətlərlə geriləyib. 42 xalla 7-ci pilləni tutan tovuzlular avrokubok şanslarını demək olar, bitirib. Düzdür, futbolda hər şey mümkündür, ancaq komandanın bu oyunla yenidən yuxarı sıralara qalxması inandırıcı görünmür. Üstəlik, növbəti turda rəqib gümüş medallar üçün mübarizə aparan “Zirə” olacaq. Tovuz təmsilçisi bu oyunda da uduzsa, avrokubok arzusu bir mövsüm daha xəyal olaraq qalacaq.

Konfrans Liqası və gümüş medallar uğrunda əsas mübarizə “Sabah”, “Zirə”, “Neftçi” və “Sumqayıt” arasında gedəcək.

Kamil Əhməd
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
futbolpress.az

1Источники