RU

ABŞ prezidentliyinə namizəd SAXLANILDI

Sent-Luisdəki Vaşinqton Universitetində Fələstin tərəfdarlarının keçirdikləri etiraz aksiyasında Yaşıllar Partiyasından ABŞ prezidentliyinə namizəd Cill Stayn saxlanılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumat siyasətçinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

Seçki kampaniyasının meneceri Ceyson Koll etiraz zamanı yüzə yaxın adamın da saxlanıldığını bildirib.

"Etirazçılar universitetdən Qəzzada davam edən Fələstin xalqının soyqırımında istifadə edilən döyüş sursatları istehsal edən"Boeing"dəki payını dayandırmağı tələb ediblər", - Koll bildirib.

O vurğulayıb ki, Cill Stayn kampaniyası etirazçıların tələblərini dəstəkləyir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
100
milli.az

1Источники