PSJ Fransa Liqa 1-də 2023/2024 mövsümünün qalibi olub.
QOL.az xəbər verir ki, bu, "Monako"nun 31-ci turda "Lion"a 2:3 hesabı ilə uduzması ilə dəqiqləşib. Beləliklə, PSJ 70 xalla yarışın bitməsinə 3 tur qalmış "Monako" ilə xal fərqini 12-ə çatdırıb və çempionluğu rəsmiləşdirib.
Paris təmsilçisi tarixində 12-ci dəfə ölkə çempionu adına yiyələnib.