Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Neftçi” “Turan Tovuz”u qəbul edib.
“İki sahil” xəbər verir ki, yarışın 15-ci dəqiqəsində Filip Ozobiç hesabı açıb. 31-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Yuri Matiasfərqi iki topa yüksəldib.
70-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Rəhman Hacıyev fərqi üç topa yüksəldib.
Misli Premyer Liqası,
32-ci tur
28 aprel (bazar)
17:45. “Neftçi” 3–0 “Turan Tovuz”
Qollar: Filip Ozobiç, 15 (1-0), Yuri Matias, 31-pen. (2-0), Rəhman Hacıyev, 70-pen. (3-0)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
“Neftçi Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”