RU

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb.

“Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayevo kəndinin yaxınlığında “Chevrolet Lanos” və “VAZ-21010” markalı avtomobillər toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində biri həddi-büluğa çatmamış şəxs olmaqla üç nəfər ölüb, biri azyaşlı olmaqla yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib”, – mətbuat xidməti bildirib.

Eyni zamanda, qeyd olunub ki, yaralananlardan biri sonradan vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha əvvəl eyni regionda çoxsaylı ölümlə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi olmuşdu.

Избранный
126
50
1

1Источники

Комментарий ()
Закрывать