Gənclər insanlarla görüşmək üçün cib telefonlarından imtina etməlidirlər.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu gənclərə çağırışında Roma Papası Fransisk edib.
"Qorxmadan axının əleyhinə gedin: həyatı öz əlinizə alın, özünüzü nizama salın, televizoru söndürün və İncili açın, mobil telefonunuzdan imtina edin və insanlarla tanış olun!" - deyə Papa bildirib.