İyunun 2-də Azərbaycan Kubokunun finalı oynanılacaq.
Həmin gün “Qarabağ“ və “Zirə“ Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da üz-üzə gələcək.
Matç saat 20:00-da start götürəcək.
Tarixində ikinci dəfə kubokun finalına vəsiqə qazanan “Zirə“nin futbolçularına ödədiyi məbləğ artıq məlumdur.
Qəsəbə təmsilçisi “Qəbələ“ni yarımfinal mərhələsindən uzaqlaşdırmağın müqabilində 4000 manat mükafat alıb.
“Qırmızı-qaralar“a evdə 2:1, səfərdə 2:0 hesabıyla qalib gələn “qartallar“ finalı da aparsa, yəqin ki, yönətim oyunçulara bundan xeyli artıq vəsaitlə sevindirəcək.
SPORTİNFO.AZ