Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yüksək nəticəsini əldə edib.
“Football-plus.az” xəbər verir ki, Elcan Hacıyev 90 kq çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb. O, rəqibləri arasında olan gürcüstanlı, Olimpiya çempionu və bu kateqoriyada nömrə bir cüdoçu — Laşa Bekaurini məğlub edib.
73 kq çəkidə dünya reytinqində nömrə 1 olan Hidayət Heydərov karyerasında 4-cü dəfə Avropa çempionu titulunu uğurla qoruyub.
Balabəy Ağayev isə kişilər arasında 60 kq çəkidə gümüş medal qazanıb. Cüdoçularımız Turan Bayramov (-60 kq.), Aydan Vəliyeva (-52 kq.), Murad Fətiyev (-90 kq.) və Zelim Kotsoyev (-100 kq.) 5-ci yerə çıxıblar.
Bu, Azərbaycanın Avropa çempionatında medal əyarına görə ən uğurlu çıxışı kimi tarixə düşüb.
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта