"İnter Mayami" ABŞ çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə "Nyu-İnqlend Revulyuşin"lə qarşılaşıb. Matç "İnter Mayami"nin qələbəsiylə başa çatıb - 4:1.
Argentinalı futbolçu Lionel Messi bu görüşdə iki qol vurub, bir məhsuldar ötürmə edib. Messi yeni mövsümün ilk 7 oyununda 16 qolun vurulmasında birbaşa iştirak edib - 9 qol, 7 məhsuldar ötürmə. Daha əvvəl MLS-də heç kim birinci 7 oyunda bu göstəriciyə çatmayıb.