RU

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan Premyer Liqasının XXXII turunda bu gün keçiriləcək "Sumqayıt" - "Qarabağ" matçına indiyədək 6 000-ə yaxın bilet satılıb.

Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.

Onun sözlərinə görə, qalan biletlər 2 manatlıq sektorlara aiddir: "Saat 12:00-dan sonra kassa açılacaq və qarşılaşmanın start fitinədək fəaliyyətdə olacaq. Düşünürəm ki, bu müddətdə də bütün biletləri sata bilərik. Satışda təxninən 2 minədək bilet qalıb".

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı aprelin 28-də, saat 20:00-da start götürəcək.

Избранный
44
9
1

1Источники

Комментарий ()
Закрывать