RU

“WhatsApp”a yeni funksiya gəlir

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özündə əlavə edə bilərsiniz.

Yeni funksiya mühüm həmsöhbətlərdən gələn mesajları qaçırmamağa imkan verəcək.

Funksiya gələcək proqram yeniləməsində Android əməliyyat sisteminə əsaslanan cihazlar üçün əlçatan olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
105
12
milli.az

10Источники