Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1994-cü il təvəllüdlü İsgəndərov Daşqın Akif oğlu xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun