RU

Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı

Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünya nəhəngi olan "Tesla" və "İntel" şirkətlərinin səhmlərinə investisiya yatırıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib.

Məlumata görə, Dövlət Neft Fondu öz yatırımlarını İnvestisiya Siyasəti və Qaydalarına uyğun şəkildə həyata keçirir və mövcud İnvestisiya Siyasətinə əsasən ARDNF investisiya portfelinin məcmu dəyərinin 25 faizinədək hissəsini səhm alt portfelinə (pay fondları daxil olmaqla) yatırım edə bilər. Həmçinin bildirilib ki, ARDNF birjada kotirovka olunan səhmlərə investisiya çərçivəsində bazar kapitalizasiyasına görə dünyanın inkişaf etmiş ölkələrinin ən iri şirkətləri özündə ehtiva edən "MSCI World" indeksini izləyir və bu kontekstdə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir.
Qeyd edilib ki, ARDNF-nin səhm portfelinin tərkibində "Tesla"nın 84 milyon dollar, "İntel" şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur.

"Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən "Tesla" və "İntel" şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri "MSCI World" indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək", - deyə Fonddan bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
23
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17624
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12623
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10036
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4260
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3863
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3237
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3072
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2625
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2264
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2118
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1592
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1106
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1019
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
982
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
970
Mayın ilk gününün havası açıqlanıb
888
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
788