RU

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Bakı, 27 aprel, AZƏRTAC

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü münasibətilə “Hamı rəqs edir!” adlı böyük bayram konserti olub.

AZƏRTAC xəbər verir ki, tədbir konsertin ideya müəllifi, xoreoqraf Lenay Seydəli-zadə və Bakıdakı Rus evinin birgə təşkilatçılığı ilə baş tutub. Konsertdə “Dəcəl qızlar” ansamblı, “Baku Lindy Hoppers”, “Baku Tango Therapy” və “Baila” rəqs məktəbləri, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin rəqs qrupu, hind rəqsi ifaçısı Səidə Əliyeva, rəqqasə Aylin Bayramova, Bakı xoreoqrafiya Akademiyasının tələbəsi Mədinə Səmədova, pianoçu Ləman Qulamova, yazıçı-dramaturq Anara Axundova və başqaları iştirak ediblər.

Konsertdən sonra AZƏRTAC tədbirin ideya müəllifi, xoreoqraf Lenay Seydəli-zadə ilə söhbət edib. O, rəqsin bir sənət növü kimi əhəmiyyəti barədə fikirlərini bölüşüb.

“İlk növbədə, bu konsert mənim üçün müxtəlif rəqs mədəniyyətlərini nümayiş etdirmək və tamaşaçıya rəqsin bir sənət növü kimi nə qədər dərin olduğunu, onun müxtəlif xalqları nə dərəcədə birləşdirə biləcəyini öyrənməyə imkan vermək fürsətidir. Deyirlər ki, sənətin hüdudu yoxdur və əslində, bu, belədir”, - deyə Lenay Seyidəli-zadə vurğulayıb.

Xoreoqrafın sözlərinə görə, belə tədbirlərin keçirilməsi həm də gənc istedadların ictimaiyyətə təqdim olunması baxımından bir fürsətdir.

“Mən vaxtaşırı belə tədbirlər keçirirəm. Bu, gənc ifaçılara - musiqiçilərə, rəqqasələrə, müxtəlif məktəblərə və qruplara səhnədə özlərini ifadə etməyə köməklik göstərmək üçün gözəl imkandır”, - deyə həmsöhbətimiz qeyd edib.

Tədbir böyük uğurla keçib. AZƏRTAC -ın konsertdən sonra söhbət edə bildiyi tamaşaçıların sözlərinə görə, hər nömrə özünəməxsus şəkildə parlaq olub, sənətçilərin ifası peşəkarlığı ilə fərqlənib. Gecənin qonaqlarının fikrincə, konsertin diqqətçəkən cəhəti ondan ibarət idi ki, o, müəyyən janrlar toplusunu təqdim edib, nəticədə, insanlara bayram əhvali-ruhiyyəsi bəxş edən rəngarəng və yaddaqalan proqram təqdim olunub.

Beynəlxalq Rəqs Günü hər il aprelin 29-da qeyd olunur. O, bütün üslub və istiqamətlərə həsr edilib, baletdən tutmuş hip-hopa qədər müxtəlif mədəniyyətlərə və millətlərə mənsub insanları birləşdirir və onlara eyni dildə - rəqs dilində danışmağa imkan verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23367
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16248
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14561
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
12323
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11452
Helikopterin qalıqları tapılıb
9923
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7251
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5446
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5332
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5330
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4113
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3651
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2909
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2169
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1830
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1732
Azərbaycan nefti ucuzlaşdı
1709