Moskvada hava limanı boşaldıldı – Bomba təhlükəsi ilə bağlı
Moskvada “Vnukovo” hava limanının inzibati binasının mərtəbələrindən biri bomba təhlükəsi ilə bağlı boşaldılıb. Yeniavaz.com xəbər verir ki. bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. “İnzibati binanın bir mərtəbəsi boşaldılıb, bomba təhlükəsi ilə əlaqədar araşdırma aparılır”, - agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, təxliyyə inzibati binanın yeddinci mərtəbəsində həyata keçirilib. Vəziyyət hava limanının işinə təsir etməyib.