RU

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün Yevlaxda keçirilən “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsində bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək.

"Həmçinin, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidentinin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub və bu məqsədlə ölkəmizdə bir sıra beynəlxalq və yerli tədbirlərin keçirilməsinə başlanılıb. Belə tədbirlərdən biri kimi bu gün burada Kənd Təsərrüfatı Nazirliyi "Azərşəkər" MMC ilə birlikdə respublika müşavirəsi keçirir.

Bu baxımdan müşavirənin gündəliyinə uyğun olaraq müasir su ehtiyatlarına qənaət edən texnologiyalardan istifadə, eləcə də karbon emissiyasının azaldılması yollarına dair ediləcək təqdimatlarla yanaşı, qabaqcıl və innovativ texnologiyalar nümayiş etdiriləcək. Təqdim edilən bir sıra texnologiyaların respublikanın müəyyən bölgələrində sınaqları keçirilib. Bu texnologiyaların geniş ərazilərdə tətbiqi məhdud resurslar şəraitində torpaq və sudan daha səmərəli istifadəyə imkan verir", - deyə nazir müavini qeyd edib.

S.Cəfərov əlavə edib ki, ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yaranıb:

"Belə ki, nazirliyin tabeliyində olan elmi-tədqiqat institutları təcrübə xarakterli, özəl şirkətlər isə kommersiya məqsədli "ağıllı istixana" və "ağıllı bağ"lar qurub, torpaq və su sensorları, "ağıllı" suvarma sistemləri, aqrodronlar, agrorobotlar, "dəqiq" əkin texnologiyaları tətbiq edilib.

Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi aqrar sektor haqqında təsəvvürlərin dəyişməsinə səbəb olur və onu daha çox gəlirli, səmərəli bir sahəyə çevirir. Bu gün müasir təsərrüfatlar rəqəmsal texnologiyalarla böyük mənfəətlər əldə edirlər. Bu texnologiyalar kənd təsərrüfatı məhsul istehsalçılarına dəqiq əkinçiliyin həyata keçirilməsinə, sudan və gübrədən daha səmərəli istifadə etməyə, rəqabətqabiliyyətli məhsulun istehsalına, eləcə də ətraf ekosistemə mənfi təsirin aradan qaldırılmasına imkan verir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
5
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18334
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12917
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10245
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4564
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4242
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3417
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3193
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2735
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2402
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2152
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1650
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1137
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1036
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
911
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
810
Arda dubl etdi - VİDEO
805