- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Yevlax, 27 aprel, AZƏRTAC
Bu il şirkətimiz “Mzuri” brendinin rəsmi tərəfdaşı olan “Azərşəkər” şirkəti ilə birgə pambıq üçün tək keçidli torpağın becərilməsi üzrə qabaqcıl texnologiyanı tətbiq etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu “Mzuri” şirkətinin baş direktoru Marek Rozniak Yevlaxda jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq.
“Hazırda dənli bitkilər, qarğıdalı və soya səpini artıq aparılır. Növbəti addım şəkər çuğundurunun dövriyyəyə daxil edilməsi olacaq ki, bütün istehsal zənciri “Mzuri” texnologiyası ilə həyata keçiriləcək”, - deyə Marek Rozniak qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.