RU

24 il əvvəl gətirilmiş kiçik daş parçası...

Ağdam Cümə məscidindədir

Bu günlərdə sosial şəbəkələrdə paylaşılan bir video material anındaca gündəm oldu. Videonu izləyən hər kəs onu paylaşmağa tələsdi. Söhbət  9 may 2000-ci il tarixində ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk qrupunun həmsədri Keri Kavanonun Bakıda keçirilən görüşdə sabiq Prezident Heydər Əliyevə kiçik bağlama təqdim etməsindən gedir. Bağlamanın içində nə olduğunu öyrənən Heydər Əliyev bir andaca duyğulanır, dərhal da özünəxas olan möhkəm iradə ilə diplomata təşəkkürünü bildirir. 

Bəs bağlamanın möcüzəsi nə idi? Yüksəksəviyyəli görüşdə Heydər Əliyevə bu kiçik bağlamanın təqdim olunması hansı anlamı daşıyırdı? Heydər Əliyev bağlamada nə olduğunu soruşur. Amerikalı həmsədrin cavabı belə olur: “Bu, Ağdamdakı məsciddən kiçik bir hissədir. Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir. Ümid edirik ki, bir gün gələcək, o böyük məscidin özü geri qaytarılacaq. Və biz də insanların orada dua etməsinə şərait yaradılmasına nail olacağıq”.

Keri Kavanonun həmin davranışından təsirlənən Heydər Əliyev kövrələrək amerikalı diplomatı qucaqlayaraq öpüb. Diplomatın davranışlarında nə dərəcədə səmimi olduğunu deyə bilmərik. Hər halda torpaqlarımızın, Ağdam Cümə məscidi də daxil olmaqla tarixi-mədəni abidələrimizin  dağıdılması, onilliklər ərzində işğal altında qalması və zamanında  Minsk qrupunun bütün bunlara seyirçi münasibət bəsləməsi faktı acı reallıqdır. Vətən müharibəsindən sonra bütün bunlar arxada qalıb. 

Böyük siyasətçi Heydər Əliyevin aldığı kiçik bağlamadan təsirlənməsi isə bir mənəviyyat, milli ruh məsələsidir. Ziyarətgahlara, müqəddəs yerlərə gedən insanların oradan tütiyələr gətirərək yaxınlarına paylamaları Azərbaycan xalqının bu gün də yaşatdığı gözəl bir ənənədir. Torpaq sevgisi, yurd yerlərinə bağlılıq xalqımızın gen yaddaşına hopub desək, yanılmarıq. Heydər Əliyev də böyük siyasətçi olmaqdan öncə hər birimizə nümunə ola biləcək böyük azərbaycanlı idi. Milli mənəviyyatımızın mükəmməl daşıyıcısı olan Heydər Əliyev öz davranışları və söylədiyi müdrik kəlamları ilə bizləri doğma Azərbaycana və xalqa daha möhkəm tellərlə bağlayırdı. Bütün varlığına Azərbaycan sevgisi və milli ruh hakim kəsilən Heydər Əliyev işğalda qalan Ağdam Cümə məscidindən gətirilən tütiyəyə biganə qala bilərdimi? Heydər Əliyevin təsirlənməsi Onun daxilindəki yanğının ifadəsi idi. Bu yanğı Heydər Əliyevə bir an da olsun rahatlıq vermirdi. O, ömrünün axırınadək torpaqlarımızın işğaldan azad edilməsi təşnəsi ilə yaşadı. Torpaqlarımızın, abidələrimizin geri qaytarılması naminə fədəkar fəaliyyət və prinsipiallıq göstərdi, müdrik gedişləri ilə müxtəlif mərkəzlərin Qarabağla əlaqədar hazırladıqları məkrli lanları pozdu, qələbəyə aparan yolun əsaslarını yaratdı. O, haqq-ədalətin öz yerini tutacağına inanırdı və bizləri də buna inandırırdı

Bu gün təsəlli yerimiz var. Ata vəsiyyətini Heydər Əliyevin oğlu və siyasi varisi İlham Əliyev yerinə yetirdi. Bu günlərdə xalqımız ekranlarda Azərbaycan Prezident İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Ağdam Cümə məscidinin bərpadan sonra açılışını izləyərkən yenidən təsirləndi. Eynən böyük Heydər Əliyev kimi. İşğal dövründə Heydər Əliyevə təqdim olunmuş Ağdam Cümə məscidinə aid daş parçası da indi burada nümayiş etdirilir. Aradan on illiklər ötdü. Heydər Əliyevin inamı və vəsiyyəti ümidlərimizin sönməsinə imkan vermədi. Səbr etdik, dözdük, inandıq və haqqımız olanı əldə etdik. İlahi ədalətin təntənəsi bax budur!

M.ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11811
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8567
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7977
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2293
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2000
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1852
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1745
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1452
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1098
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
865
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
706
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
503
Arda Gülər dayanmır, yenə fərqləndi -
455
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
421
Arda dubl etdi - VİDEO
362
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
361
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
360
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
350