RU

Açıq-saçıq geyiminə görə qovulan qızın həyası...

Bakıda geyim mağazalarından birinə daxil olub, nəsə almaq istəyən xanımın “açıq-saçıq geyiminə görə” qovulduğunu əks etdirən görüntülər ictimai müzakirə predmetidir.

Nə olub, nə baş verib və ümumiyyətlə bir xanımın geyimi niyə digər xanımda qıcıq doğurmalı və onu qovmaq dərəcəsində aqressiya nümayiş etdirməlidir?

Bu, insana geyiminə görə qiymət verməyə alışmış şikəst cəmiyyətin yetişdirdiyi bir psixoz xanımın paranoik çırpıntısıdır və nə qədər qəribə də olsa, bu ölkənin, Allah qoymasa, ziyalısı sayıla biləcək şəxslər də hadisənin özünə yox, o xanımın geyiminə irad bildirməklə, qeyrətli və namuslu olduqlarını nümayiş etdirmək uğrunda yarışa giriblər.

İnsanın necə geyinməsi, hansı həyat tərzini yaşaması və özünü necə ifadə etməsi – birbaşa özünə aid olan məsələdir: xoşuna gələcək, baxacaqsan, öyrənəcəksən, gəlməyəcək, görməyəcəksən, baxmayacaqsan – bu qədər bəsit! Sənə kim haqq verir ki, kiminsə geyiminə görə onu mağazadan və ya haradansa qovasan?

Bu, ibtidai təfəkkürdür, o qadının fürsəti olsa, fitva verib, küçənin ortasında o qızı daşqalaq etdirər. Ancaq əminəm ki, bu göstərinin, bu “əxlaq nümayişinin” bir insanın namusuna, qeyrətinə, mərdliyinə qəti aidiyyəti yoxdur.

Biz bu cəmiyyətdə çox namusdan danışan namussuz, qeyrətdən danışan qeyrətsiz, vətəndən danışan xain, satqın, düzlükdən danışan dələduz, halallıqdan danışan haramxor görmüşük!

Kimdə nə yoxdursa, ondan danışır və onu başının üstündə bayrağa çevirir – olmayanını ört-basdır etmək cəhdindən başqa bir şey deyil bu!

Və açığı, o video çox mətləbləri üzə çıxardı və məlum olduq ki, o açıq-saçıq geyindiyi deyilən qız onu qovan “abırlı-ismətli”dən qat-qat həyalı, qat-qat vicdanlı, qat-qat əxlaqlıdır.

Həyasız olsaydı, dərhal cavabını verib, onu mağazadan qovmağa qalxan və özünə tərəfdarlar yığmaq üçün insanların qeyrət damarına basmağa çalışan o xanım-arvadı rüsvay edərdi. Dişinin dibindən çıxanı deyərdi, onun hay-küyünə öz tonunda qarşılıq verərdi.

Məlum oldu ki, kamera arxasında normal geyindiyi təxmin edilən xanım əslində əxlaqını çıxarıb, başının üstündə yelləyir və mənəvi baxımdan lüm-lüt qaldığının fərqində deyil - əxlaq yoxsuludur, bədənini paltarla örtməklə deyil ki! Adam başqasının həyatına soxulan soyğunçudur, öz həddini bilməyən hədsizdir, öz həyasını təhlükə altında qoymağa hazır və sanki bundan zövq qalan biridir. Çünki qarşı tərəf ən ağır sözlərlə reaksiya verə bilərdi. Onda necə olacaqdı? O “həyalı-abırlı” geyimdə olana bir neçə ağır söz deyilə bilməzdimi? Axı o özü qarşı tərəfi buna təhrik edirdi!

Abırlı xanım özünü həm də ağır sözdən qorumalıdır – özünü potensial hədəfə çevirməli deyil!

Əvəzində biz o açıq-saçıq, “abırsız” geyinən xanımın necə abırlı, həyalı olduğunu gördük: onu geyiminə görə qovana bircə kəlmə də demədən, dükandan çıxıb getdi.

Hörmətə layiq odur - başını aşağı salıb, həyasını qoruyan, mübahisədən yayınan, qalmaqaldan abrına bükülüb gedən qız. O, bəlkə də açıq-saçıq geyinə bilər, ancaq əxlaqı lüt deyil, çılpaq deyil, həyası soyunmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
126
15
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9536
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7800
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1519
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1450
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1432
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1419
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
864
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
627
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
514
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
501
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
458
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
378
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
364
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Arda Gülər dayanmır, yenə fərqləndi -
294
Arda dubl etdi - VİDEO
283
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
260
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
221
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
212