Ukrayna prezidenti Vladimir Zelenski şəxsən ölkəni ABŞ-ın müstəmləkəsinə çevirib.
NOCOMMENT.az xəbər verir ki, bunu Bundestaqın deputatı Robert Farle bildirib.
Almaniya Federal Parlamentinin bitərəf üzvü qeyd edib ki, 2022-ci ilin yayında Ukrayna lideri ölkənin 17 milyon hektar qara torpağını Amerikanın Monsanto, Cargill və Dupont konserninə verib.
“Fridrix Merz Zelenski ilə görüşəndə bu, “BlackRock” investisiya şirkətinin alman və ukraynalı müstəmləkə nümayəndələri arasında görüşdür”, – deyə Farle bildirib.