RU

Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başladı - KİV

Türkiyənin Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında yeni daimi nümayəndəsi səfir Əhməd Yıldız etimadnaməsini Baş katib Antoniu Quterreşə təqdim edərək vəzifəsinin icrasına başlayıb.Azadmedia.az xəbər verir ki, A.Quterreş Ə.Yıldızı BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qəbul edib.Belə ki, təkbətək görüşdə Türkiyə ilə BMT arasında əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb. Mövcud qlobal çağırışlar fonunda beynəlxalq sistemdə ədaləti müdafiə etməyə davam edən BMT-nin daha effektiv fəaliyyəti üçün ölkələrin aktivliyinə hər zamankından daha çox ehtiyac olduğu vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
3
azadmedia.az

3Источники