RU

“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” – Ukraynanlılar “vurun” deyir, NATO isə…

Polşa daha irimiqyaslı müharibədən narahatdır. Ona görə də hələ ki, onun ərazisinə keçən Rusiya raketlərini vurmur.

7Times.az  xəbər verir ki, “The Wall Street Journal”a danışan Polşa Prezidenti Anjey Duda Moskvanın bu təxribatçı güc nümayişinin daha geniş müharibəyə səbəb ola biləcəyindən narahatdır.

O, qeyd edib ki, Rusiyanın 2022-ci ildən başlayaraq Ukraynaya atdığı bir neçə raket Polşanın hava məkanına keçib. Ən son insident martın 24-də, Ukraynanın qərbini hədəf alan Rusiya qanadlı raketinin Polşa hava məkanına 39 saniyə ərzində daxil olması zamanı baş verib.

“Biz şübhə etmirik ki, bunlar Rusiyanın təxribatlarıdır. Biz bu təxribatları gördük. Bizim hava məkanımız bir neçə dəfə Rusiya raketləri tərəfindən pozulub”, – Duda deyib.

NATO qüvvələri indiyədək Rusiya raketlərini ələ keçirmək üçün heç bir cəhd etməsə də, Duda bir gün onlardan birinin Polşa ərazisinə zərbə endirəcəyi, infrastrukturu məhv edəcəyi və ya insan tələfatına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

 

 

Müsahibədə qeyd olunur ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiya raketlərinin azı üç dəfə Polşa sərhədini keçməsi qeydə alınıb: “Bu hallar Polşa və müttəfiq qüvvələrini gələcəkdə sərhədi keçən raketlərin qarşısını almağa cəhd edib-etməmək də daxil olmaqla, necə cavab verəcəyini düşünməyə vadar edir”.

Dudanın sözlərinə görə, Polşanın hava məkanı üzərində raketlərin vurulması dağıntılar səbəbindən insan tələfatına səbəb ola bilər. Üstəlik, NATO üzvləri də Ukrayna səmasında Rusiya raketlərini vurmağa ehtiyat edirlər, çünki bu, alyans üzvlərinin çəkindiyi münaqişəyə birbaşa müdaxilə olardı: “Ukraynalılar “bəli” deyirlər, amma NATO-dakı tərəfdaşlarımız “bunu NATO ərazisindən kənarda etməyin” deyir və bu, problemdir”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
244
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11734
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8526
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7808
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2248
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1969
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1836
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1730
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1439
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1076
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
843
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
705
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
501
Arda Gülər dayanmır, yenə fərqləndi -
450
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
420
Arda dubl etdi - VİDEO
360
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
352
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
352
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
346