Salyanda avtomobil traktorla toquşub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı sakini, 1992-ci il təvəllüdlü Əhmədov Rəvan Mahmud oğlu idarə etdiyi "Tayota Prius" markalı avtomobili traktora çırpıb.
Nəticədə ağır xəsarət alan sürücü Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.