SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ekvator vilayətinin Basankusu qəsəbəsində 2 gün davam edən leysan yağışları daşqınlara səbəb olub.
80 evin dağıldığı, körpü və yolların su altında qaldığı daşqınlar səbəbindən indiyədək 10 nəfər həyatını itirib.
Şəhərdə axtarış-xilasetmə işləri davam edir.
Tropik iqlim qurşağında yerləşən ölkədə vaxtaşırı təbii fəlakətlər yaşanır.