Paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin qarşısında minik avtomobili dəmir arakəsməyə çırpılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbindən şəhər istiqamətində sıxlıq yaranıb.
Hazırda sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
![](https://static.cdnsb.net/afm/images/2024/04/26/6545291.jpg)