Blinken münaqişə başlayandan 7-ci dəfə İsrailə gedir
ABŞ dövlət katibi Antoni Blinken gələn həftə İsrailə səfər edəcək. Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin KAN dövlət televiziyası məlumat yayıb. Məlumata görə, Blinken aprelin 30-da İsrailə səfərə gedəcək. Səfər zamanı o, İsrail rəsmiləri ilə İsrail ordusunun Rəfaha mümkün hücumunu və HƏMAS-la Təl-Əviv arasında mümkün əsir mübadiləsini müzakirə edəcək. Bu səfər ABŞ dövlət katibinin 2023-cü il oktyabrın 7-dən bəri regiona 7-ci səfəri olacaq.