RU

Azərbaycan 2.3 mlrd. dollarlıq 22 layihə ilə bağlı tərəfdaşlarla aparır

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) yerli və xarici investorlarla ölkəmizdə, beynəlxalq platformalarda və formatlarda görüşlər keçirərək, Azərbaycanda və xaricdə yeni birgə investisiya imkanlarını müzakirə edir və yeni layihələrin cəlb edilməsi istiqamətində işlər görür.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, hazırda yüngül və ağır sənayə, əczaçılıq, alternativ enerji, qida emalı, dəniz suyunun duzsuzlaşdırılması, tullantıdan enerji əldə edilməsi, səhiyyə və s. sahələri əhatə edən BƏƏ-nin “Masdar”, Çinin ən böyük avtomobil və elektrik batareyalar istehsalçısı olan “BYD Auto Industry Co Ltd.” və ən böyük anod istehsalçısı “Sunstone Development Co Ltd”, Türkiyənin iri holdinqlərindən “Aksoy” və şüşə məhsulları və şüşə tara istehsalçısı “Gürok Group” daxil olmaqla ümumi investisiya dəyəri 2.3 milyard ABŞ dolları olan 22 layihə ilə əlaqədar tərəfdaşlarla danışıqlar aparılır və bu layihələrəin həyata keçirliməsi istiqamətində işlər görülür. Bu layihələrin icrası nəticəsində 1.6 milyard ABŞ dolları məbləğində birbaşa xarici investisiyanın cəlb edilməsi və 2000-ə yaxın yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, şirkət sərəncamında olan sərbəst vəsaitlərin səmərəli idarə edilməsində də inkişaf etmiş ölkələrin investisiya fondları tərəfindən geniş tətbiq olunan beynəlxalq təcrübəyə uyğun olaraq, müsbət nəticələr əldə etmişdir. 2020-2023-cü illər ərzində likvid vəsaitlərin səmərəli idarə olunmasından əldə olunan orta illik gəlir 3 dəfə artmışdır. Bununla yanaşı, şirkətin investisiya portfelinin sağlamlaşdırılması istiqamətində də işlər həyata keçirilir.

AİŞ tərəfindən atılmış addımlar son illərdə iqtisadiyyatımızda baş verən islahatların bir hissəsi kimi, ölkəmizin qeyri-neft sektorunun davamlı inkişafına töhfə verməkdədir. Şirkət xarici investorların ölkəmizə cəlbi və dövlətimizin bu sahədə etibarlı tərəfdaş kimi tanıdılması, yeni iş yerlərinin yaradılması istiqamətində fəaliyyətini davam etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
apa.az

1Источники

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh