Bakı, 26 aprel, AZƏRTAC
Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb.
Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılıb.
Təmir çərçivəsində köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunmaqla yol yenilənmiş şəkildə yenidən sürücülərin istifadəsinə verilib.