RU

“Bank of Baku” növbəti dəfə keşbekləri məhdudlaşdırıb

“Bank of Baku” növbəti dəfə keşbekləri məhdudlaşdırıb.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, aprelin 23-dən etibarən debet kartlara “Trendyol” üzrə ödənişlərdə təklif edilən keşbek 7%-dən 3%-ə endirilib. Xarici valyutalı debet kartlarla nağdsız ödənişlərinizdə isə 0,5% keşbek təklif edilir. Bank bu ödənişlər görə  yalnız kredit kartları üzrə 7% keşbek təklif edir. Bundan əlavə, müştərilər hər bir bolkart üzrə aylıq maksimum 15 AZN keşbek qazana bilər.

Qeyd edək ki, bundan əvvəl bank mart ayında aylıq maksimal keşbek limitini əsas xidmət kateqoriyaları üzrə 3 dəfədən çox azaltmışdı. Bu isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olmuşdu.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35%-i "NAB Holdinq"ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Leyli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
2
valyuta.az

3Источники

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh