ÇXR sədri Si Cinpin Pekində ABŞ diplomatiyasının rəhbəri Antoni Blinkenlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
ÇXR lideri ABŞ dövlət katibini aprelin 26-da günortadan sonra Pekində Xalq Yığıncaqları Sarayında qəbul edib. Görüşün digər təfərrüatları barədə hələlik məlumat verilmir.
Antoni Blinken bundan öncə Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşmüşdü.
Qeyd edək ki, ABŞ dövlət katibi aprelin 24-də Çinə işgüzar səfərə gəlib. Səfərə ilk olaraq Şanxaydan başlayan Antoni Blinkenin bu gün Birləşmiş Ştatlara qayıdacağı gözlənilir.