RU

AFFA “Neftçi”nin şikayətini

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.Metbuat.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açılqlayıb.Yığıncaqda “Neftçi”nin apelyasiya şikayətinə baxılıb. Tribunal paytaxt təmsilçisinin müraciətini təmin etməyib.Əvəzedicilər Liqasının XXIX turunun “Sumqayıt-2” ilə oyununun 90+5-ci dəqiqəsində rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə birbaşa qırmızı vərəqə alan Ağadadaş Salyanskinin cəzası dəyişməz qalıb. Onun 4 oyun cəzalanması, komandanın 300 manat cərimə edilməsi qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Neftçi” Apelyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilmək hüququna malikdir.

Избранный
42
4
metbuat.az

5Источники