Bakı, 26 aprel, AZƏRTAC
Əlaqələrimizin dərinləşdirilməsi baxımından bir-birimizi daha yaxşı tanımalıyıq. İki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev aprelin 26-da keçirilən “Müasir mərhələdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri: dərin strateji tərəfdaşlıq” mövzusunda tədbirdə deyib.
Son vaxtlar Türk dövlətləri arasında əlaqələrin intensivləşməsinin önəmini qeyd edən BMTM-nin rəhbəri bildirib ki, Azərbaycan Qırğızıstanda bir sıra investisiya layihələri həyata keçirir. Eyni zamanda, Azərbaycan və Qırğızıstan Türk dünyasının üzvləri kimi birgə inkişafa öz töhfələrini verirlər.