Ağdam, 26 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası Ağdam rayonunun Quzanlı qəsəbəsində təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Olimpiya İdman Kompleksində keçirilən yarmarkada işsiz və işaxtaran şəxslərə 14 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən çox vakansiya təqdim edilir.
Yarmarka iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər barədə də ətraflı məlumat verilir.