İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 2 nəfərin həlak olub.
E-huquq.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, əyalətin “Şuru” bölgəsində “terror təşkilatı” üzvlərinə məxsus avtomobil təhlükəsizlik qüvvələri tərəfindən PUA ilə hədəfə alınıb.
Nəticədə 2 nəfər həlak olub.
Terrorçunun hansı təşkilata mənsub olduğu bildirilməyib.
Qeyd edək ki, İranın cənub-şərqində Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində “Ceyşul Ədl” adlı terror təşkilatı tərəfindən silahlı və bombalı hücumlar olur.
Şəbnəm Mehdizadə