Ukrayna Silahlı Qüvvələrinin "Viski" ləqəbli 30 yaşlı snayperi Yekaterina Şinkarenko öldürülüb. Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə aprelin 15-də Ukraynanın “Espresso” telekanalı ictimai fəal Yuri Slobojanskiyə istinadən məlumat yayıb. O, aydınlaşdırıb ki, hərbçi bu il fevralın 22-də Lastochkino-Severnoye bölməsində gedən döyüşdə ölümcül yaralanaraq həlak olub. Şinkarenkonun cənazəsi ötən həftə Ukraynaya qaytarılıb.