Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanacaq."AzPolitika" "Oxu.az"-a istinadla xəbər verir ki, bu gün mərkəzin bağlanmasıyla bağlı təntənəli tədbir keçiriləcək.Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci ilin yanvarın 30-dan fəaliyyətə başlayıb.Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində separatizmə son qoyub və suverenliyini tam olaraq təmin edib.Bundan sonra isə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac qalmayıb.
"AzPolitika.info"
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта