RU

Laçına köçən jurnalistə vəzifə verildi -

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib. Bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. Bildirib ki, o Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat alıb. Y. Quliyeva artıq işinin icrasına başlayıb.Xatırladaq ki, Y.Quliyeva Laçın rayonunda doğulub. 1992-ci ildə Laçın işğal olunandan sonra ailəsi ilə birlikdə Bakıda məskunlaşmışdı. Y. Quliyeva bir sıra aparıcı media qurumlarında çalışıb.

Избранный
40
8
metbuat.az

9Источники